2006-cı ildə Azərbaycanın Vergilər Nazirliyinin vergi daxilolmaları ilkin araşdırmaları üzrə departamenti qeyri-qanuni sahibkarlıq, vergi ödəməkdən yayınmalar və başqa faktlarla bağlı fiziki və hüquqi şəxslərə qarşı 321 cinayət işi qaldırıb.
Nazirliyin çərşənbə günü yayılan məlumatına istinadən Trend in verdiyi xəbərə görə, 2005-ci illə müqayisədə bu göstərici 14,2 % artıb.
Bütünlükdə icrada 590 cinayət məqsədi var ki, ötən illə müqayisədə bu 9,5% artıb. Onların 172-si üzrə ilkin araşdırmalar başa çatıb, və 134 şəxsə qarşı 118 cinayət işi məhkəmə orqanlarına yönəldilib.
Qaldırılmış cinayət işləriin araşdırılması zamanı korrupsiya əlamətləri ilə əlaqəli iki iş ölkənin baş prokurorluğuna göndərilib. Bununla yanaşı ilkin araşdırılmalar zamanı gizlədilmiş vergilər ödənilməklə 15 cinayət işi bağlanıb.
Bağlanmış cinayət işlərindən və fakt üzrə vergidən yayınmalar barədə başlanmamış işlərə görə 1,792 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Habelə, istintaqı davam edən və icrada olan cinayət işlərinə görə xəzinəyə 2,843 mln manat verilib. Ötən il vergini gizlədən və başqa cinayətlər törədən 64 nəfər həbs olunub ki, qanuna görə, onların istintaqı vergi orqanlarına həvalə olunub.
Saxta hesab-fakturaları satışı nəticəsində xüsusilə böyük ölçüdə vergi gizləyən 62 nəfərə axtarış elan olunub. Həmçinin vergi yoxlamalarından yayınan 50 nəfər aşkar olunub. İstintaqdan yayınan 123 nəfər adam isə tapılaraq istintaqa cəlb edilib.