...

Azərbaycan İnvestisiya Şirkəti Azərbaycanda insulin istehsalı üzrə zavodun tikintisi ilə bağlı "Nordisk"lə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 15:16 (UTC +04:00)

Trend xəbər verir ki, "Azərbaycan investisiya şirkəti" SC insulin istehsalı üzrə zavodun tikintisinə investisiya qoyulması perspektivlərini öyrənir. Dövlət başçısı İlham Əliyevin sədrliyi altında Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi nəticələrinə və 2007-ci ilin vəzifələrinə həsr olunmuş iclasında iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, bununla əlaqədar olaraq şirkət xarici şirktələrlə və bu sahədə dünya lideri olan Daniya şirkəti ilə danışıqlara başlayıb.

Nazir bildirib: "Bu məsələnin dövlət səviyyəsində həll edilməsi zərurəti son vaxtlar respublikada insulinə olan təlabatın artmasından irəli gəlir. Layiəhnin realizəsi yüksək keyfiyyətli daxili istehsal hesabına insulinə olan ehtiyacı təmin etməyə, eləcə də bu tibbi preparatın ixrac edilməsinə imkan yaradacaq".

Layihə təxminən 12 mln. dollar dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti