...

QKDK rəhbəri: "Azərbaycan Qazaxıstanın maliyyə mərkəzinə iki ildən sonra inteqrasiya edə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2007 14:19 (UTC +04:00)
QKDK rəhbəri: "Azərbaycan Qazaxıstanın maliyyə mərkəzinə iki ildən sonra inteqrasiya edə bilər"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Yaxın 1-2 ildə Azərbaycan qiymətli kağızlarının Qazaxıstanın Regional Maliyyə Mərkəzinə çıxışı gözlənilmir. Bu barədə Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov məlumat verib.

"Bunun üçün müəyyən mərhələ keçmək lazımdır, bu gün biz buna hazır deyilik" - deyə Məmmədov bildirib.

Bunun üçün peşəkər iştirakçıları olan bazarın inkişafı lazımdır.

Məmmədovun sözlərinə görə, həmçinin inteqrasiya məsələləri və bir-birinin bazarına daxil olma sahəsində problemlər mövcuddur.

Regional Maliyyə Mərkəzi - artıq bir neçə aparıcı birjanın inteqrasiya məqsədi ilə akkreditasiyadan keçdiyi açıq sistemdir. Maliyyə Mərkəzi Qazaxıstan Fond Birjasının nəzdində yaradılıb və universal hesab olunur. Bu prosesdə o, kifayət qədər fəaldır.

Xəbər lenti

Xəbər lenti