...

"Nabukko" qaz kəməri inşasının qiyməti artırıldı

Energetika Materials 29 May 2008 21:00 (UTC +04:00)
"Nabukko" qaz kəməri inşasının qiyməti artırıldı

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir A.Bədəlova/ "Nabucco gas pipeline International" "Nabukko", qaz kəmərinin inşası dəyərini 1,5 dəfə artıraraq, 7,9 mlrd. avroya çatdırdı.

Layihənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, "Nabukko" layihəsinin dəyəri neft qiymətinin artması və polada olan tələbat fonunda artıb.

Qaz kəməri layihəsi tikintisinin həyata keçmək üçün tədarük xidmətləri və material təchizatının qiymətləndirilməsi əsasında, layihə konsorsiumu kapital xərclərinə yenidən baxıb.

Yeni dəyərləndirməyə əsasən, layihəyə 2 mln. ton polad, 200 min boru və 30-dan çox kompressor aqreqatı tələb olunur.

"Nabukko" qaz kəmərilə qaz Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə çatdırılacaq. Mərkəzi Asiyadan "Nabukko"yadək qaz Xəzər dənizinin dibilə çəkiləcəyi planlaşdırılan Trans Xəzər qaz kəmərilə çatdırılacaq. İlkin nəql imkanları illik təxminən səkkiz mlrd. kub metr olan boru kəməri 2012-ci ilə tikiləcək. İlk çatdırılma 2013-ci ildə başlanacaq.

Xəbər lenti

Xəbər lenti