...

Azərbaycanın Bakı Dərin Özüllər zavodu boru kəmərləri üçün yeni elektrod qaynaqlarının istehsalına başlayıb

Energetika Materials 16 Fevral 2009 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) şirkətinin Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu diametri 2,5 millimetr olan (marka QE 51.01) elektrodların istehsalına başlayıb. Bu barədə şirkətdən məlumat verilib.

Birinci dəfə üçün 6,7 ton elektrod istehsal olunub. Testlər onların dünya standartlarına cavab verməsini təsdiqləyib. Yeni elektrodlar böyük diametrli boruların qaynağında istifadə olunacaq.

Zavod 2000 ton elektrod  istehsal etmək gücünə malikdir. Bu vaxta qədər zavodda 3,25,  4 və 5 millimetrlik elektrodlar istehsal olunurdu..

Xəbər lenti

Xəbər lenti