...

ARDNŞ Ukraynada NEZ imkanlarını nəzərdən keçirir - səfir

Energetika Materials 24 İyun 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir E.İsmayılov /

Ukraynada neft emalı zavodlarının (NEZ) ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) mütəxəssisləri tərəfindən öyrənilməsi iki istiqamətə yönəlib, çərşənbə günü Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk mətbuat konfransı zamanı bildirib. ARDNŞ-in araşdırmaları Ukraynada neftin birgə emalı və istifadəsi üçün aparılır.

"Hazırda bu məsələ üzrə işlər iki istiqamətdə davam etdirilir", - Klimçuk deyib.

Klimçukun sözlərinə görə, Azərbaycan mütəxəssisləri hazırda "Qalıçina" və "Neftkimya Karpat yanı" NEZ-lərin imkanlarını öyrənir, həmçinin Xerson NEZ-in öyrənilməsi davam etdirilir.

Əvvəllər ARDNŞ-in yüksək vəzifəli nümayəndəsinin bildirdiyinə görə, Ukraynanın ARDNŞ-ə neftin birgə emalı və istifadəsi üçün təklif etdiyi NEZ şirkətin tələblərinə cavab vermir.

"Ukrayna bizə birgə istifadə, emal və sərmaye üçün bir neçə zavod təklif edir, lakin onların hamısı Ukraynanın mərkəzi ərazilərində yerləşir. Bu bizim üçün əlverlişli deyil. Ukraynanın mərkəzinə nefti daşımaq sonra isə yenidən neft məhsullarını geri dənizə aparmaq əlverlişli deyil", - mənbə bildirib.

ARDNŞ üçün dəniz sahilində yerləşən NEZ-lər əhəmiyyətlidir. Çünki orada neft məhsullarını istehsal etdikdən sonra satmaq asandır. Şirkət Ukrayna tərəf dəniz sahilində ərazi ayıracağı halda fəaliyyətə başlamağa hazırdır.

Klimçuk əvvəllər bəyan etdiyi kimi, dəniz sahilində NEZ-in tikintisi hidrokrekinqin təşkili sahəsində böyük üstünlük yaradır, çünki iş zamanı böyük həcmdə suya ehtiyac duyulur.

Ukrayna 6 fəaliyyətdə olan NEZ-ə malikdir və onlar ümumilikdə il ərzində 51,11 milyon ton neft emal etmək imkanına malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti