...

SOCAR Xəzər neft və qazının Qırmızı dənizə çıxışını nəzərdən keçirəcək

Energetika Materials 29 İyun 2009 15:31 (UTC +04:00)
SOCAR Xəzər neft və qazının Qırmızı dənizə çıxışını nəzərdən keçirəcək

Azərbaycan, Bakı, 29 iyun / Trend /

"Bakı-Tbilis-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fasiləsiz və etibarlı işi gələcəkdə Xəzər neft və qazının Qırmızı dənizə çıxışını nəzərdən keçirməyə imkan verir", - bazar ertəsi Bakıda, SOCAR prezidenti Rövnəq Abdullayev milli infrastruktur naziri Uzi Landaunun rəhbərlik etdiyi İsrail nümayəndə heyəti ilə görüşdə deyib. Bu barədə SOCAR-ın məlumatında deyilir.

Görüş İsrail Prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Landaunun sözlərinə görə, nümayəndə heyəti Azərbaycana ölkənin potensialı və imkanlarını öyrənmək üçün gəlib. Həmçinin Landau Azərbaycan neft və qazını almaq istəyini bildirərək əlavə edib ki, "bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin daha çox möhkəmləndirilməsinə yardımçı olacaq".

Xəbər lenti

Xəbər lenti