...

Türkiyədə qaz istehlakı azalıb

Energetika Materials 23 İyul 2009 16:39 (UTC +04:00)
Yanvar-iyun aylarında Türkiyə Dövlət borukəməri şirkəti "Botaş" ölkəyə müxtəlif mənbələrdən 16,4 milyard kubmetr qaz idxal edib. Yanvar-may aylarında bu göstərici təxminən 14 milyard kubmetr olub.

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir E.İsmayılov /

Yanvar-iyun aylarında Türkiyə Dövlət borukəməri şirkəti "Botaş" ölkəyə müxtəlif mənbələrdən 16,4 milyard kubmetr qaz idxal edib. Yanvar-may aylarında bu göstərici təxminən 14 milyard kubmetr olub. Bu barədə "Botaş"-ın rəsmi saytında yayılan məlumatda deyilir. 2008-ci ildə "Botaş" şirkəti cəmi 38 milyard kubmetr qaz idxal edib.

Yanvar-iyunda Türkiyəyə idxal olunan qazın ümumi həcmindən 13,4 milyard kubmetrdən çoxu məişət qazıdır. Maye qazın həcmi təxminən 3 milyard kubmetrdir.

2008-ci ildə Türkiyəyə idxal olunan qazın ümumi həcmindən 32,2 milyard kubmetri təbii qazın, təxminən 5,6 milyard kubmetri isə maye qazın payına düşüb.

İyunda Türkiyədə 2,1 milyard kubmetr qaz işlədilib. Mayda bu rəqəm iki milyard kubmetr olub. İyunda istifadə olunan qazın ümumi həcmindən 1,4 milyard kubmetrdən çoxu elektrik stansiyalarına, 189 milyon kubmetri istehlakçılara, 506 milyon kubmetri sənaye müəssisələrinə göndərilib. Yanvar-iyun aylarında Türkiyədə 16,6 milyard kub etrdən çox qaz istifadə olunub.

2008-ci ildə Türkiyədə cəmi 36 milyard kubmetr, 2007-ci ildə isə 35 milyard kub metr qaz işlədilmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti