...

ARDNŞ Azərbaycanın qazlaşdırılması üzrə işləri davam etdirir

Energetika Materials 30 Aprel 2010 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Yanvar-mart aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Bakının Binəqədi, Əzizbəyov, Sabunçu, Xətai, Nizami, Qaradağ rayonlarında qaz boruları və sayğacların həyətlərdən küçələrə çıxarılması məqsədi ilə 146,7 kilometr boru çəkib. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.

Həmçinin, Abşeron rayonunun 9 kəndinin qazlaşdırılması məqsədilə yanvar-mart aylarında 47,4 kilometr qaz kəməri çəkilib.

Ağsu rayonunun bəzi kəndlərinin və Masallı şəhərinin də qazlaşdırılmasına başlanılıb.

İlin birinci rübündə magistral, nəql və sistem qaz kəmərlərində 15 500 sızma faktı qeydə alınıb və həmin sızma hallarının hamısı tamamilə aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti