...

IFC Azərbaycanın neft-kimya sektorunda korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsinə yardım edir

Energetika Materials 22 İyun 2010 17:59 (UTC +04:00)
Dünya Bankı qrupunun üzvü Azərbaycan Metanol Şirkəti ilə korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edərək, ona dair Azərbaycan iqtisadiyyatının əsas sektoru olan neft-kimya sektorunda qabaqcıl idarəetmə təcrübələrinin yaradılmasına kömək edən məsləhətlər verir.
IFC Azərbaycanın neft-kimya sektorunda korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsinə yardım edir

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Dünya Bankı qrupunun üzvü Azərbaycan Metanol Şirkəti ilə korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edərək, ona dair Azərbaycan iqtisadiyyatının əsas sektoru olan neft-kimya sektorunda qabaqcıl idarəetmə təcrübələrinin yaradılmasına kömək edən məsləhətlər verir.

AzMeCo metanol istehsalçısı kimi 2007-ci ildə yaradılıb. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) şirkətin korporativ idarəetmə standartlarını qiymətləndirəcək və onları beynəlxalq qabaqcıl təcrübələrə uyğunlaşdırmaq üçün inkişaf planını hazırlayacaq. Layihəyə İsveçrə hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) maliyyə dəstəyi göstərir.

"Bizim IFC ilə əməkdaşlığımız AzMeCo-ya müvafiq korporativ idarəetmə sisteminin tətbiqinə dair öz ambisioz planlarını həyata keçirməyə kömək edəcək mühüm bir addımdır", - AzMeCo-nun baş icraçı direktoru Nəsib Piriyev qeyd edib. - "Bu əməkdaşlıq yeni təşəbbüsləri təşviq edəcək və AzMeCo-nun davamlı inkişafa sadiqliyini və işçilərinin ixtisaslarının artırılmasına meyilliliyini gücləndirəcək".

IFC şirkətin direktorları, menecerləri və əsas səhmdarlarına məsləhətlər verəcək və onlar üçün təlimlər keçirəcək. IFC həmçinin şirkətin sənədlərini nəzərdən keçirməyə, maliyyə hesabatlığı, məlumatın açıqlanması, daxili nəzarət və daxili audit təcrübələrini təkmilləşdirməyə kömək edəcək.

"IFC AzMeCo ilə əməkdaşlıq etməkdən məmnundur və bu layihənin Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm addım olduğunu hesab edir", - Azərbaycan Korporativ İdarəetmə Layihəsinin rəhbəri xanım Karolina Brayt qeyd edib. - "Bu cür mühüm şirkətin uzunmüddətli inkişafını, onun daxili nəzarət proseslərinin effektivliyini və maliyyə vəsaitlərinə çıxış imkanlarını təmin etmək üçün qabaqcıl korporativ idarəetmə təcürbələrinə malik olması vacibdir".

IFC Azərbaycan Korporativ İdarəetmə Layihəsi vasitəsilə 2005-ci ildən etibarən yerli şirkət və banklara fəaliyyətlərini təkmilləşdirməyə və maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti