...

ARDNŞ Novorossiyskdən neft ixracını artırıb

Energetika Materials 1 Mart 2011 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Yanvar-fevral aylarında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 297,7 min ton neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 289,3 min ton olub. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, fevralda Novorossiysk limanından 129,45 min ton neft ixrac edilib. Bu göstərici 2010-cu ilin fevralında 159,5 min ton olub.

Ötən il ARDNŞ Novorossiyskdən 2,24 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ildə 2,5 milyon ton olub.

ARDNŞ tender əsasında Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə çatdırılan nefti satır. Şirkət öz vəsaitləri hesabına quruda və dənizdə hasil etdiyi xammalı, eləcə də Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətlərinin xammalını satır.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti