...

"Nabukko"nun "Cənub dəhlizi"nin digər layihələri ilə birləşdirilməsi effektli olmayacaq

Energetika Materials 7 Mart 2011 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Bədəlova/

"Cənub qaz dəhlizi" layihələrinin birləşdirilməsinə dair çağırışlar Avropa İttifaqının onun həyata keçirilməsini başlamağa daha uyğunlaşdırılmış yanaşmadan istifadəyə səy göstərməsi ola bilər. "Eurasia Energy" Avropa jurnalının baş redaktoru Andrey Tibold belə düşünür.

"Nabukko" qaz kəməri ilə bağlı Tibold şübhə edir ki, onun "Cənub dəhlizi" çərçivəsində kiçik layihələrlə birləşməsi effektli olacaq.

"Nabukko" layihəsinin indiki səhmdarları arasında əməkdaşlığın müddətini və prosesini nəzərə alaraq, birləşmiş layihənin çoxlu sayda səhmdarları arasında əməkdaşlıq şübhə doğurur", - Trend-ə elektron poçtla Tibold deyib.

Onun sözlərinə görə, bununla belə, birləşib-birləşməmək məsələsi bu layihələrin səhmdarları arasında həll olunur.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub enerji dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.

"Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

"Nabukko" qaz kəməri Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə başlamaq gözlənilir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Son vaxtlar "Nabukko" layihəsinin digər boru kəmərləri layihələri ilə mümkün birləşməsi barədə bəyanatlar verilir. Yanvarın sonunda "Joschka Fischer&Company" şirkətinin prezidenti, "Nabukko" qaz kəmərinin inşası layihəsinin PR məsləhətçisi Yoşka Fişer bəyan edib ki, Avropa Rusiyadan qazın tədarükünün şaxələndirilməsi məqsədilə üç rəqabət aparan qaz kəməri layihəsini birləşdirməlidir. Bundan əvvəl ABŞ-ın İtaliyadakı səfiri Devid Torn "Nabukko" və "Cənub axını" layihələrinin birləşə bilmə mümkünlüyünü bildirib.

Tiboldun fikrincə, digər layihələrlə birləşmək "Nabukko"nun marağında deyil. "Bu layihə digər layihələrlə, daha kiçik layihələrlə birləşsə, çox güman ki, layihənin tranzit ölkələrinin imzaladığı hökumətlərarası sazişə yenidən baxmaq lazım olacaq, bu isə yeni danışıqlara səbəb olacaq", - Tibold hesab edir.

Onun fikrincə, Aİ-nin "Cənub qaz layihəsi"nin həyata keçməsi ilə bağlı hər hansı şübhəsi yoxdur.

"Son nəticədə bu layihələrdən hansısa biri həyata keçiriləcək",- Tibold qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə Avropa İttifaqı üçün problem enerji mənbəyi kimi qazın keyfiyyətinin etibarlılığına şübhə etməsidir.

Tiboldun sözlərinə görə, indiyədək Aİ-nin qazın öz enerji balansındakı rolu ilə bağlı mövqeyi aydın deyil.

"Bu da Avropanın enerji şirkətlərinin hasilat və nəql baxımından böyük qoyuluşlar, alıcılarının isə uzunmüddətli müqavilələrin bağlanması barədə qərara gələ bilməmə səbəblərindən birdir", - Tibold qeyd edib.

Xəbər lenti

Xəbər lenti