...

Azərbaycan eletrik enerjisi istehsalını artırıb

Energetika Materials 10 Oktyabr 2011 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında "Azərenerji" ASC tərəfindən 14,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin analoji dövründə bu rəqəm 13,8 milyard kilovat-saatdan çox olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.

9 ay ərzində istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 12,3 milyard kilovat-saata yaxın İES-lərin, 2,2 milyard kilovat-saatdan çox isə SES-lərin payına düşür.

Cari ilin sentyabr ayında ölkə enerjisistemində 1,3 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin sentyabr ayında bu rəqəm 1,3 milyard kilovat-saatdan çox olub. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,1 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti