...

Əlverişsiz hava şəraiti Azərbaycanın neft-qaz sektorunun işinə təsir etməyib

Energetika Materials 7 Fevral 2012 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir E.İsmayılov /

Əlverişsiz hava şəraiti Azərbaycan ərazisində neft-qaz əməliyyatlarının reallaşdırılmasında heç bir problem yaratmır. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib.

Məlumata görə, həm quru, həm də dənizdəki neft-qaz yataqlarında işlər normal rejimdə həyata keçirilir.
Habelə neft-qaz sahəsindəki bütün bütün emal və istehsalat müəssisələri normal rejimdə çalışır.

"Hava ölkənin neft-qaz sektoruna heç bir təsir göstərməyib. Hasilat, qazma, istehsalat və ixrac əməliyyatları normal rejimdə həyata keçirilir", - ARDNŞ-dən deyilib.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.
ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti