Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin Kulevi Qara Dəniz Neft Terminalı "Ən yaxşı infrastruktura malik neft və neft məhsulları ötürən dəniz terminalı" nominasiyası üzrə mükafat alıb.
Trend-in çərşənbə günü ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, Tbilisidə Gürcüstan Neft Məhsullarının İstehsalçıları, İdxalatçıları və İstehlakçıları Birliyi tərəfindən təşkil edilən mərasimdə Kulevi Qara Dəniz Terminalı "Ən yaxşı infrastruktura malik neft və neft məhsulları ötürən dəniz terminalı" nominasiyasında qalib elan edilib.
Ənənəvi olaraq hər il keçirilən bu mərasimdə Gürcüstanın bütün iri neft şirkətləri iştirak edir.
Kulevi terminalı artıq dördüncü dəfədir ki, Gürcüstan Neft Məhsullarının İstehsalçıları, İdxalatçıları və İstehlakçıları Birliyi tərəfindən ən yaxşı infrastruktura malik terminal elan olunur.