...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,5 milyona yaxındır

Energetika Materials 16 Noyabr 2012 18:15 (UTC +04:00)
Noyabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 444 156-ya (o cümlədən 1 426 415 əhali, 17 741 qeyri-əhali abonenti) çatdırılıb.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,5 milyona yaxındır

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Noyabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 444 156-ya (o cümlədən 1 426 415 əhali, 17 741 qeyri-əhali abonenti) çatdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu abonentlərin 650 875-i Bakı şəhəri (641 413 əhali, 9462 qeyri-əhali abonenti), 793 281-i isə regionların payına düşür (785 002 əhali, 8279 qeyri-əhali abonenti).

Ümumilikdə 1 443 188 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 425 447-si əhali (99,9 faiz), 17 741-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 640 857 əhali abonenti (99,9 faiz), 9462 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 784 590 əhali abonenti (99,9 faiz) və 8279 qeyri-əhali abonenti (100 faiz).

Ümumilikdə Bakı şəhəri üzrə 650 319 abonent (99,9 faiz), regionlar üzrə isə 792 869 abonent (99,9 faiz) sayğaclaşdırılıb.

İndiyədək əhali abonentlərinin mənzillərində 502 minə yaxın "smart-kart" tipli qaz sayğacları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti