...

Azərbaycan vətəndaşları ixrac boru kəmərlərinin mühafizəsi zonasında işlərin aparılması qaydaları barədə məlumatlandırılacaq

Energetika Materials 25 Fevral 2013 13:54 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsində ixrac neft-qaz boru kəmərlərinin mühafizə və məsləhətləşmə zonasında işlərin görülməsi haqqında vətəndaşların və müəssisələrin (fiziki və hüquqi şəxslərin) müraciəti ilə bağlı "BP Azərbaycan" şirkətinin nümayəndələri ilə görüş keçirilib və geniş müzakirələr aparılıb.
Azərbaycan vətəndaşları ixrac boru kəmərlərinin mühafizəsi zonasında işlərin aparılması qaydaları barədə məlumatlandırılacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.İsmayılov/

Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsində ixrac neft-qaz boru kəmərlərinin mühafizə və məsləhətləşmə zonasında işlərin görülməsi haqqında vətəndaşların və müəssisələrin (fiziki və hüquqi şəxslərin) müraciəti ilə bağlı "BP Azərbaycan" şirkətinin nümayəndələri ilə görüş keçirilib və geniş müzakirələr aparılıb. Bu barədə Trend bazar ertəsi nazirliyin saytına istinadən məlumat verir.

Görüşün keçirilməsində məqsəd müraciətlərə obyektiv, mümkün olan ən qısa müddət ərzində baxılması və vətəndaşlara daha dolğun məlumatın verilməsinin təmin olunması, bu məsələ ilə bağlı mövcud qaydalara riayət olunması vəziyyətinin öyrənilməsi olub.

Nəticə etibarilə qeyd olunan məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və lazımi əlavə tədbirlərin görülməsi barədə razılığa gəlinib. Qərara alınıb ki, vətəndaşların məlumatlandırılması məqsədilə ixrac neft-qaz boru kəmərlərinin mühafizə və məsləhətləşmə zonasında işlərin aparılması qaydaları və ona şərh nazirliyin internet saytında yerləşdirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti