...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı artıb

Energetika Materials 12 Mart 2013 18:29 (UTC +04:00)
1 mart 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 519 986-ya çatıb ki, bunların da 1 501 467-si əhali, 18 519-u isə qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı artıb

Azərbaycan, Bakı, 12 mart /Trend/

1 mart 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 519 986-ya çatıb ki, bunların da 1 501 467-si əhali, 18 519-u isə qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 672 011-i Bakı şəhəri (662 313 əhali, 9698 qeyri-əhali abonenti), 847 975-i isə regionların (839 154 əhali, 8821 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə, 1 519 813 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 501 294-ü əhali (99,99 faiz), 18 519-u qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 662 197 əhali abonenti (99,98 faiz), 9698 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 839 097 əhali abonenti (99,99 faiz) və 8821 qeyri-əhali abonenti (100 faiz).

Bakı şəhəri üzrə cəmi 671 895 abonent (100 faiz), regionlar üzrə isə 847 918 abonent (100 faiz) sayğaclaşdırılıb.

1 mart 2013-cü il tarixə olan məlumata görə, əhali abonentlərinin mənzillərində təxminən 674 min "smart-kart" tipli sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti