...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı artıb

Energetika Materials 10 Aprel 2013 16:59 (UTC +04:00)
1 aprel 2013-cü il tarixinə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 527 894-ə çatıb ki, bunların da 1 509 421-i əhali, 18 473-ü isə qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı artıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

1 aprel 2013-cü il tarixinə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 527 894-ə çatıb ki, bunların da 1 509 421-i əhali, 18 473-ü isə qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 671 284-ü Bakı şəhəri (661 709 əhali, 9575 qeyri-əhali abonenti), 856 610-u isə regionların (847 712 əhali, 8898 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə, 1 527 698 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1 509 225-i əhali (99,99 faiz), 18 473-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 661 554 əhali abonenti (99,98 faiz), 9575 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 847 671 əhali abonenti (100 faiz) və 8898 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 671 129 abonent (99,98 faiz), regionlar üzrə isə 856 569 abonent (100 faiz) sayğaclaşdırılıb.

1 aprel 2013-cü il tarixinə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 700 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti