...

Son 10 ildə Dövlət Neft Fondunun aktivləri 42,5 dəfə artıb

Energetika Materials 17 Sentyabr 2013 17:43 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2003-2013-cü illərdə 42,5 dəfə artıb.
Son 10 ildə Dövlət Neft Fondunun aktivləri 42,5 dəfə artıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2003-2013-cü illərdə 42,5 dəfə artıb. Bu barədə çərşənbə axşamı Trend-ə Fonddan bildiriblər.

Belə ki, hazırda ARDNF-nin aktivlərinin həcmi 34,68 milyard dollar təşkil edir. Müqayisə üçün, 2003-cü ildə Fondun aktivləri 0,82 milyard dollar təşkil edib.

Ən yüksək artım 2008-ci ildə qeydə alınıb. Belə ki, ARDNF-nin aktivləri 4,53 dəfə artaraq ( və ya 8,74 milyard dollar) 2008-ci ilin sonuna 11,22 milyard dollar təşkil edib. Müqayisə üçün, 2007-ci ilin sonuna Fondun aktivləri 2,48 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti