...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 663 minə çatıb

Energetika Materials 17 Fevral 2014 18:18 (UTC +04:00)
2014-cü il fevralın 1-ə olan məlumata görə, Azərbaycan üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 662 927-ə çatıb.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 663 minə çatıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

2014-cü il fevralın 1-ə olan məlumata görə, Azərbaycan üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 662 927-ə çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, onların 1 642 758-i əhali, 20 169-u isə qeyri-əhali sektoruna aiddir.

Abonentlərin 707 221-i Bakı şəhəri (696 963 əhali, 10 258 qeyri-əhali abonenti), 955 706-sı isə regionların (945 795 əhali, 9 911 qeyri-əhali abonenti) payına düşür.

Təkcə 2014-cü ilin yanvar ayı ərzində əhali sektoru üzrə 13 759 yeni abonent qeydiyyata alınıb ki, bunun da 6 373-ü Bakı, Abşeron və Sumqayıt, 7 386-sı isə digər regionlara aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti