...

Təbii qazla təmin olunan abonentlərin sayı artıb

Energetika Materials 10 Aprel 2015 17:41 (UTC +04:00)
Təbii qazla təmin olunan abonentlərin sayı 1 752 660-a çatıb.
Təbii qazla təmin olunan abonentlərin sayı artıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

2015-ci il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 752 660-a çatıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qeydiyyata alınmış abonentlərin 22 863-ü qeyri-əhali, 1 729 797-si isə əhali sektoruna aiddir. Ötən rüb ərzində əhali kateqoriyasına aid 19 862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10 538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9324-ü isə regionların payına düşür.

Cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.

Həmçinin, 1 aprel 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 123 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, eyni zamanda, qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti