...

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 850 499-a çatıb

Energetika Materials 15 Fevral 2016 15:11 (UTC +04:00)
2016-cı ilin yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15 873 yeni abonent qeydiyyata alınıb.
Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 850 499-a çatıb

Bakı. Trend:

2016-cı ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 15 873 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3411-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12 462-i isə regionların payına düşüb.

Trend SOCAR-ın saytına istinadən məlumat veri ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 850 499-a çatıb.

Onu da qeyd edək ki, 1 fevral 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 127 174 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 345 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti