...

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1,9 milyona yaxınlaşır

Energetika Materials 12 Aprel 2016 11:33 (UTC +04:00)
Azərbaycanda təbii qazla təmin olunmuş abonentlərin sayı 1 887 877-ə çatıb.
Təbii qazla təmin olunmuş abonentlərin sayı 1,9 milyona yaxınlaşır

Bakı. Trend:

Azərbaycanda təbii qazla təmin olunmuş abonentlərin sayı 1 887 877-ə çatıb.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin mart ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 17 040 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3286-sı Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 13 754-ü isə regionların payına düşüb.

Bununla da ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 887 877-ə çatıb.

Qeyd edək ki, 1 aprel 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129 029 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti