...

Şefçoviç: Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil

Energetika Materials 17 Fevral 2018 11:05 (UTC +04:00)
Hazırkı mərhələdə Transadriatik boru kəməri (TAP) layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil
Şefçoviç: Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil

Bakı. Ləman Zeynalova - Trend:

Hazırkı mərhələdə Transadriatik boru kəməri (TAP) layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu İtaliya mətbuatına müsahibəsində Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O vurğulayıb ki, TAP-ın son çıxış nöqtəsi olan Apuliya vilayətinin Melendunyo qəsəbəsidir: “Qaz kəmərinin tikintisi pik həddədir və bu proses' hər hansı dəyişiklik etmək mümkün deyil. Çıxış nöqtəsi olaraq Melendunyo qəsəbəsi diqqətli araşdırmalardan sonra seçilib. Qərar qəbul olunmazdan əvvəl 11 mümkün variant nəzərdən keçirilmişdi”.

Xəbər lenti

Xəbər lenti