...

“Azəriqaz” abonentlərinin sayı 2 milyon 133 minə çatır

Energetika Materials 11 İyun 2018 19:49 (UTC +04:00)
37 513 yeni abonent qeydiyyata alınıb ki, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir.
“Azəriqaz” abonentlərinin sayı 2 milyon 133 minə çatır

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 37 513 yeni abonent qeydiyyata alınıb ki, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 132 821-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti