...

Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb

Energetika Materials 4 May 2021 16:46 (UTC +04:00)

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

Dövlət Neft Fondu (SOFAZ) "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində əldə olunan gəlirin həcmini açıqlayıb.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında Fondun bu layihə üzrə gəlirləri 1,437 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci il ərzində SOFAZ bu layihə üzrə 3,522 milyard dollar gəlir əldə etmişdi.

Dövlət Neft Fondu 1999-cu ildə təsis edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti