Bakı. Trend:
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,6 milyon ton təşkil edib.
Bu barədə Trend SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.
Məlumata görə, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 2023-cü ildəki göstərici ilə müqayisədə1,2 milyon ton və ya 6,7% azalıb.
Ötən il ölkə üzrə təbii qaz ixracı isə 6% artaraq 25,3 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 1,7% artaraq 13,7 milyard kubmetr təşkil edib.