Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı NEZ (keçmiş Azərneftyanacaq) və Azərneftyağ müəssisələri yanvar-mart ayları ərzində 2010,34 min ton müxtəlif növ neft məhsulları emal edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xüsusilə avtomobil benizinin emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz, ağ neft 4,3 faiz, neft bitumu 83,3 faiz, nafta 24,7 faiz artıb. Bununla yanaşı mazut və dizel yanacağının istehsalı azalıb.
2007-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının emalı:
Min ton | Yanvar-mart 2007-ci il | 2006-cı ilin yanvar-martı ilə müq. %-lə | Qalıq ehtiyatı 01.04.07 |
Avtomobil benzini | 211,3 | 127,5 | 26,3 |
Ağ neft | 208,1 | 104,3 | 33,3 |
Mazut | 733,4 | 81,7 | 9,7 |
Dizel yanacağı | 489,7 | 91,9 | 8,1 |
Neft bitumu | 24,2 | 183,3 | 0,7 |
Neft koksu | |||
Sürtkü yağı | 8,4 | 74,3 | 15,5 |
Nafta | 142 | 124,7 | 1,1 |