...

İlin sonuna qədər NMR-də 70 mindən çox abunəçinin qazla təmin olunması planlaşdırılır

Energetika Materials 20 Avqust 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/Hazırda  Naxçıvan Muxtar Respublikasında 62 mindən çox mənzil qazlaşdırılıb ki, bunlardan 40 min 878 mənzilə qaz verilib. Bu barədə məlumat verən "Naxçıvanqaz" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Səxavət Abbasov onu da bildirib ki, hazırda muxtar respublikanın 80-nə yaxın kəndində qazlaşma işləri davam etdirilir. Bu ilin sonunadək daha 10 min mənzilə qaz çəkilməsi, ümumuilikdə 72 min abunəçinin qazla təmin olunması nəzərdə tutulub.

Səxavət Abbasovun sözlərinə görə bugünədək muxtar respublikaya təbii qazın qəbulu 94541.806 min kubmetr təşkil edib ki, bunun da 92169.567 min kubmetri əmtəəlik qaz olub.

Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi 2005-ci il dekabrın 20-də 15 illik fasilədən sonra bərpa olunub.

Xəbər lenti

Xəbər lenti