...

AİB-dən tətbiq olunacaq karbon vergisi barədə AÇIQLAMA

Yaşıl iqtisadiyyat Materials 26 Fevral 2024 15:15 (UTC +04:00)
AİB-dən tətbiq olunacaq karbon vergisi barədə AÇIQLAMA
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) hesab edir ki, Avropa İttifaqının 2026-cı ildən avrozonaya idxal olunan polad, sement və elektrik enerjisinə (belə ki, onların istehsalında böyük həcmdə karbon dioksid emissiyası müşahidə olunur) tətbiq etməyi planlaşdırdığı karbon vergisi qlobal miqyasda istixana qazlarının tullantıları ilə mübarizə prosesinə yalnız məhdud təsir göstərəcək.

Trend xəbər verir ki, bu barədə AİB tərəfindən dərc olunan tədqiqatda deyilir.

"2026-cı ildə qüvvəyə minəcək karbon kvotalarının düzəlişləri üzrə Aİ mexanizmi polad, sement, elektrik enerjisi və istehsalı zamanı karbon dioksid tullantıları ayrılan digər növ məhsullar üçün idxal rüsumu nəzərdə tutur. Aİ-nin addımı istixana qazlarının emissiyası üzrə qaydaları daha az ciddi olan ölkələrdən daha ciddi qaydalara və karbon dioksid tullantılarına görə yüksək vergilərə malik ölkələrə "karbon sızması"nın qarşısını almaqla bağlıdır", - deyə tədqiqatda deyilir.

Bununla belə, bankın ekspertləri hesab edirlər ki, Aİ-nin nəzərdə tutduğu tədbirlər qlobal səviyyədə karbon dioksid tullantılarını artıq mövcud olan karbon dioksid tullantılarının kvotaları ilə ticarət sxemi (bir tona görə 100 avro və ya 108 dollar) ilə müqayisədə 0,2 faizdən az azaldacaq.

"Asiya İqtisadi İnteqrasiyası üzrə məruzəyə (AEIR) əsasən, karbon vergisinin tətbiqi Aİ-yə qlobal ixracı təqribən 0,4 faiz, birbaşa olaraq Asiyadan Aİ-yə ixracı isə təqribən 1,1 faiz azaldacaq. Həmçinin, Aİ-də bir sıra istehsalçıların istehsal həcmlərinə mənfi təsir göstərə bilər", - deyə AİB qeyd edib.

"Beləliklə, karbon vergisinin müəyyən edilməsi üzrə təşəbbüslərin fraqmentləşdirilmiş xarakteri əhatə olunan sektor və regionlar nöqteyi-nəzərindən karbon dioksid tullantılarını yalnız qismən məhdudlaşdıra bilər", - tədqiqatda deyilir.

AİB-in baş iqtisadçısı Albert Parkın fikrincə, bütün dünyada karbon qazı tullantılarını əhəmiyyətli dərəcədə azaltmaq, eləcə də, iqlim dəyişikliyi ilə mübarizə üzrə daha səmərəli və dayanıqlı tədbirləri təmin etmək üçün karbon tullantılarına rüsumların müəyyən edilməsi üzrə təşəbbüsləri Aİ-nin hüdudlarındakı regionlara, xüsusən Asiyaya da şamil etmək lazımdır.

Bu zaman Aİ-nin hüdudlarında karbon dioksid tullantılarına rüsumların (tariflərin) geniş tətbiqinin təşviqini stimullaşdırma mexanizmləri olmalıdır.

"Karbon dioksid tullantıları bütün istehsal və Asiyaya tədarük zənciri boyunca dünyanın digər regionları ilə müqayisədə daha sürətlə artır. Deməli, ekoloji cəhətdən təhlükəsiz məhsul və xidmətlərlə ticarəti təşviq etmək; "yaşıl" texnologiyaların ötürülməsinə imkan yaratmaq; hökumətləri "yaşıl" infrastruktur və investisiyaların təşviqində dəstəkləmək lazımdır", - AİB-in sənədində deyilir.

Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti