Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/
"Azərkosmos" ASC-də "Aşağıorbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması" üzrə keçirilən satınalma prosesi çərçivəsində təqdim olunmuş tender təkliflərinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.
Açılış mərasimində iştirak haqqını ödəyərək tenderin əsas şərtlər toplusunu götürən və təklif təqdim edən iddiaçı şirkətlərin səlahiyyətli nümayəndələri də iştirak edib.
Xatırladaq ki, təkliflərin qiymətləndirilməsi aparıldıqdan sonra tenderin qalibi elan edilən şirkətin adı ictimaiyyətə açıqlanacaq.