...

"Azerfon" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə tərəfdaşlıq sazişi imzalayıb

Telekommunikasiya Materials 2 İyul 2014 12:53 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru Nar Mobile ilə yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.
"Azerfon" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə tərəfdaşlıq sazişi imzalayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bakı 2015 Avropa Oyunları Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru Nar Mobile ilə yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.

Müqaviləyə əsasən Nar Mobile şirkətinin ilk Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur.

Nar Mobile şirkəti çoxplatformalı reklam kampaniyaları vasitəsilə Oyunlar ilə bağlı məlumatlılığı artıracaq. Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaqdır.

Azərbaycan Respublikasının İdman və Gənclər naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov demişdir: "Bu, ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə Nar Mobile şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilədir.

"Azərbaycan şirkətlərinin həm Bakı şəhərinə, həm də bütünlükdə Azərbaycana uzunmüddətli fayda bəxş edəcək innovativ və inkluziv yarışların hazırlanmasına cəlb edilməsi önəmli hal hesab olunur."

Yaradıldığı tarixdən bu günə kimi Nar Mobile şirkəti iri miqyaslı sosial təşəbbüslər göstərmiş və milli incəsənət, mədəniyyət və idman sahələrini təbliğ etməklə bir çox layihələrin həyata keçirilməsinə dəstək göstərmişdir. Bundan əlavə, mobil operator tariflərə qoyduğu müstəsna qiymətlərlə və müştərilərə yüksək səviyyəli xidmətlər göstərməklə onların ehtiyaclarını qarşılamaqda davam edir.

Nar Mobile şirkəti, eyni zamanda, müştərilərinin özlərini Avropa Oyunlarında istirakçi kimi hiss etmələri üçün onları oyunlara cəlb etmək ve qarşılıqlı əlaqə yaratmağa kömək etmək məqsədilə öz innovativ şəbəkələrindən istifadə edəcəkdir.

Nar Mobile şirkətinin Baş İcraçı Direktoru cənab Kent Maknili demişdir: "Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq.

"Biz müştərilərimizin öz irsləri və milli idmançıları ilə fəxr etdiklərini bilirik və Azərbaycan tarixinə önəmli anlar kimi daxil olacaq Oyunlar ilə bağlı bu cür əhəmiyyətli rolu oynamaq bizim üçün şərəfdir.

"Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik."

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq demişdir: "Bakı 2015 Avropa Oyunları ilə əlaqənin saxlanmasına kömək nöqteyi-nəzərindən Nar Mobile şirkəti ilə müqavilənin bağlanması gözəl haldır.

"Oyunlar baxımından və bizim işimizə dəstək göstərməsi üçün Nar Mobile şirkətinin texniki imkanlara və bilik və təcrübəyə malik olması baxımından böyük əhəmiyyət kəsb edən telekommunikasiyalar geniş əməliyyatlar hesab olunur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti