...

Azərbaycan və Belarus peyk rabitəsi sahəsində əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 19 Dekabr 2014 16:06 (UTC +04:00)
Belarus peyk rabitəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Azərbaycan və Belarus peyk rabitəsi sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Belarus peyk rabitəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Trend-in Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, qeyd edilən sahədə iki ölkənin əməkdaşlıq məsələlərinin 2015-ci ilin I rübündə Minskdə keçiriləcək Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası çərçivəsində müzakirə edilməsi nəzərdə tutulur.

İclas çərçivəsində sahə nazirlərinin görüşü baş tutacaq. Onlar yüksək texnologiyalar sahəsində Azərbaycan-Belarus əməkdaşlığı məsələlərinə toxunacaqlar.

Belarus tərəfi peyk rabitəsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Xüsusilə, iki ölkə birgə elmi araşdırmaların aparılması üçün aşağıorbitli peyklərdən istifadə imkanlarını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti