Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın aşağı orbitli "AzerSky" peykinin resursları enerji resurslarının tədarükü üzrə boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadə edilə bilər. Bu barədə Trend-ə "Azerkosmos" ASC-dən məlumat verilib.
Verilən məlumata görə, təhlükəsizliyin təmin edilmə məsələləri "AzerSky"-ın imkanları barədə ətraflı məlumat alan müvafiq strukturların səlahiyyətinə daxildir: "Biz onlara peyk xidmətləri göstərməyə hazırıq. Hansı hallarda peykin resurslarından istifadə olunması məsələsinə gəldikdə isə bu, birbaşa strukturların özündən asılıdır".