Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan gələcəkdə Rusiyanın QLONASS peyk naviqasiya sisteminə qoşulmaq imkanını istisna etmir.
Bunu Trend-ə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu layihədə iştirakı hələ gündəmdə deyil, lakin tərəflər müvafiq razılığa gəlsələr, mümkün ola bilər.