...

"AzerSky" peykinin resurslarından iriqmiqyaslı fövqəladə halların qiymətləndirilməsi üçün istifadə edilə bilər

Telekommunikasiya Materials 8 Dekabr 2015 13:27 (UTC +04:00)
Dekabrın 4-də əlverişsiz hava şəraiti ilə əlaqədar "AzerSky" aşağı orbitli peyk "Günəşli" dəniz neft platformasının çəkilişlərini edə bilməyib.
"AzerSky" peykinin resurslarından iriqmiqyaslı fövqəladə halların qiymətləndirilməsi üçün istifadə edilə bilər

Bakı. Hüseyn Vəliyev - Trend:

Dekabrın 4-də əlverişsiz hava şəraiti ilə əlaqədar "AzerSky" aşağı orbitli peyk "Günəşli" dəniz neft platformasının çəkilişlərini edə bilməyib. Bunu Trend-ə "Azərkosmos" ASC-dən deyiblər.

ASC-dən qeyd ediblər ki, xilasetmə əməliyyatına cəlb edilmiş helikopterlər və gəmilərin köməkliyi ilə daha dəqiq çəkilişlər etmək mümkündür. Buna görə də peykdən bu məqsədlər üçün istifadə edilməsinə zərurət yoxdur.

ASC-dən bildiriblər ki, peykin resurslarından iriqmiqyaslı fövqəladə halların qiymətləndirilməsi və aradan qaldırılması üçün istifadə edilə bilər: "Bura zəlzələ, daşqın, neftlə çirklənməni aid etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti