...

GəncOl tarifində daha bir yenilik

Telekommunikasiya Materials 1 Fevral 2016 15:16 (UTC +04:00)
"Azercell Telekom" hər kəs tərəfindən maraqla qarşılanan GəncOL tarif paketində daha bir yenilik edir.
GəncOl tarifində daha bir yenilik

Bakı. Trend:

"Azercell Telekom" hər kəs tərəfindən maraqla qarşılanan GəncOL tarif paketində daha bir yenilik edir.

Belə ki, 1 fevral 2016-cı il tarixindən etibarən GəncOl istifadəçiləri bu tarif paketi daxilində təqdim olunan internet həcmini bitirdikdən sonra yenilənməyən internet paketləri sifariş edə biləcəklər. Bunun ücün abunəçi sadəcə 2525-ə müvafiq açar sözü yazıb göndərməlidir.

İnternet paket

Açar sözü

Qiymət

(ƏDV daxil)

50 MB

50x

1 AZN

500 MB

500x

3 AZN

1 GB

1000x

5 AZN

5 GB

5000x

10 AZN

10 GB

10000x

15 AZN

Limitsiz

Limitsizx

30 AZN

Qeyd edək ki, əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Abunəçi internet paketin balansını istifadə müddətindən tez bitirərsə, yenidən paket sifariş edə bilər. Yenilənməyən aylıq internet paketlərindən imtina etmək üçün abunə 2525-ə "STOPX" göndərməlidir.

Məlumat üçün bildirək ki, Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. GəncOL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs GəncOL abunəçiləri arasında hər ay 2GB internet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra GəncOL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. GəncOL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır. Bundan əlavə, bu tarifə qoşulan abunəçilər restoranlar, magazalar, fitnes, təhsil və əyləncə mərkəzlərində 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti