...

“Azərkosmos”un xidmət ixracından gəliri 30 milyon dolları ötüb

Telekommunikasiya Materials 30 Sentyabr 2021 12:35 (UTC +04:00)
“Azərkosmos”un xidmət ixracından gəliri 30 milyon dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 30,8 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin avqust ayında “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti