...

Azərkosmosun ümumi gəliri açıqlanıb

Telekommunikasiya Materials 10 Fevral 2023 13:15 (UTC +04:00)
Azərkosmosun ümumi gəliri açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərkosmos" ASC-nin 2013-cü ildən indiyədək ümumi gəliri 500 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə "Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanov Azerspace-1 peykinin orbitə buraxılmasının 10-cu ildönümünə həsr olunmuş mediatur zamanı deyib.

Onun sözlərinə görə, gəlirlərin 90 faizi xidmət ixracından əldə edilib.

"Bu gün "Azərkosmos" 42 ölkədə 182 yerli və beynəlxalq müştəriyə xidmət göstərir", - o deyib.

Sədr müavininin bildirdiyinə görə, yaxın illərdə peyk resursları hesabına gəlirlərdəki artım dinamikasını qoruyub saxlamaq planlaşdırılır.

Xatırladaq ki, 2022-ci ilin yekunlarına görə, "Azərkosmos" ASC peyk və telekommunikasiya xidmətlərinin satışından 26,6 milyon dollar gəlir əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti