...

Azərbaycanda ilk dəfə "Space Generation Congress" keçiriləcək

Telekommunikasiya Materials 27 Aprel 2023 11:11 (UTC +04:00)
Azərbaycanda ilk dəfə "Space Generation Congress" keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrında Bakıda ilk dəfə "Space Generation Congress" mövzusunda forum keçiriləcək.

Trend cümə axşamı xəbər verir ki, bunu "Azərkosmos" ASC-nin nümayəndəsi Nadir Atayev "Space Generation (SG) Azerbaijan 2023: Qadınlar kosmosda: çətinliklər və imkanlar" mövuzusunda keçirilən tədbirdə deyib.

"Bu forum Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçiriləcək. 50-dən çox ölkədən 150-dən yuxarı nümayəndənin iştirak edəcəyi gözlənilir. Forum çərçivəsində kosmik sahənin mühüm məsələləri üzrə səkkiz işçi qrup fəaliyyət göstərəcək. Bundan başqa, 75 təqaüd proqramı və "SGAC" mükafatları nəzərdə tutulub", - o deyib.

Xatırladaq ki, "Space Generation (SG) Azerbaijan 2023" tədbirinin əsas məqsədi gəncləri kosmik sahədə təhsil almaq, peşə seçmək imkanları ilə tanış etməkdən və kosmik sahənin imkanlarından bəhs etməkdən ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti