...

"Azərkosmos" ilə "SpaceX"in əməkdaşlığı Azərbaycanın ən ucqar rayonlarında belə yüksək sürətli internetə çıxışı təmin edəcək - Qvin Şotvel

Telekommunikasiya Materials 9 May 2023 14:17 (UTC +04:00)
"Azərkosmos" ilə "SpaceX"in əməkdaşlığı Azərbaycanın ən ucqar rayonlarında belə yüksək sürətli internetə çıxışı təmin edəcək - Qvin Şotvel
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Azərkosmos" ilə "SpaceX" arasında əməkdaşlıq Azərbaycanın ən ucqar rayonlarında belə yüksək sürətli internetə çıxışı təmin edəcək.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu "SpaceX"in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvel "Azərkosmos" ASC ilə ABŞ-nin “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasiminin kuluarlarında jurnalistlərə deyib.

"Bu gün "SpaceX" "Azərkosmos" ilə saziş imzalayıb və bu o deməkdir ki, artıq "Starlink" sizin regionda da əlçatandır. "Azərkosmos" bizə bir çox səviyyədə dəstək göstərir. Bütünlükdə "Starlink"in əsas missiyası bütün Azərbaycan ərazisinin internet xidmətləri ilə əhatə olunmasını sürətləndirməkdən və bununla ucqar rayonlarda yaşayan ölkə sakinləri yüksək sürətli internetə çıxışla təmin etməkdən ibarətdir. Qeyd edim ki, bu mənim Azərbaycana ilk səfərimdir. Oktyabrda "SpaceX"in də iştirak edəcəyi Beynəlxalq Astronavtika Konqresində iştirak üçün yenidən buraya qayıtmağı səbirsizliklə gözləyirəm", - o deyib.

Qeyd edək ki, mayın 9-da Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos" ABŞ-nin “SpaceX” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədin imzalanma mərasimində "Azərkosmos" ASC-nin idarə heyətinin sədri Saməddin Əsədov və “SpaceX”in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvel iştirak ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti