Bakı. Trend:
“Starlink”in yüksəksürətli interneti artıq Azərbaycanda aktivləşib.
Trend xəbər verir ki, bu barədə “Starlink” şirkəti məlumat yayıb.
Qeyd edək ki, “Starlink” — aşağı Yer orbitasından istifadə edərək genişzolaqlı internet xidməti təqdim edən dünyanın ilk və ən böyük peyk qruplaşmasıdır. Bu internet xidməti yayım (streaming), onlayn oyunlar, videozənglər və bir çox digər rəqəmsal fəaliyyətləri dəstəkləmək imkanına malikdir.
“Starlink” minlərlə peykdən ibarət bir şəbəkədir və Yerə daha yaxın — təxminən 550 km hündürlükdə yerləşərək bütün planetin əhatə olunmasını təmin edir. Starlink peyklərinin aşağı orbitdə yerləşməsi sayəsində siqnalın gecikmə müddəti əhəmiyyətli dərəcədə azalır — təxminən 25 millisaniyə, halbuki ənənəvi peyklərdə bu göstərici 600 millisaniyədən çoxdur.