Bakı. Trend:
"Mançester Siti" Almaniyanın "Ayntraxt" klubunun yarımmüdafiəçisi Hugo Larsson ilə maraqlanır.
Trend xəbər verir ki, "Mançester Siti" artıq Larssonun mümkün transferi ilə bağlı ilkin danışıqlar aparıb. Frankfurt klubu, 20 yaşlı futbolçunun transferini 60 milyon avrodan az məbləğə satmaq istəmir.
Larssonun müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. İsveçli futbolçuya "Arsenal", "Liverpul", "Çelsi" və bir neçə aparıcı Bundesliqa klubu da maraq göstərir. Həmçinin, "Mançester Yunayted" və "Real Madrid"-in də onu izlədiyi bildirilir.
Cari Bundesliqa mövsümündə Larsson 25 oyun keçirib və 3 qol vurub.