...

Tbilisidə polisin avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanıldı

Dünya xəbərləri Materials 31 Mart 2025 13:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 28-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı Rusiya vətəndaşı Gürcüstan polisinə aid avtomobilini zədələyib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs, Rusiya vətəndaşı 1995-ci il təvəllüdllü D.K. saxlanılıb.

Qeyd edilir ki, mart 28-də Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti