...

Tramp Administrasiyası ABŞ Sülh İnstitutunun yüzlərlə əməkdaşını işdən çıxarıb

Dünya xəbərləri Materials 30 Mart 2025 06:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisar həyata keçirilib.

Trend "Washington Post"a istinadən xəbər verir ki, ABŞ Hökumətinin Effektivliyi İdarəsi (DOGE) tərəfindən aparılan ixtisara görə, 200-300 işçi ixtisar barədə bildiriş alıb.

Bəzi əməkdaşlara işdən çıxarılmalarına etiraz etməmək üçün müavinət və ya uzadılmış tibbi sığorta təklif edilib.

Ümumilikdə, institutda təxminən 600 əməkdaş çalışır və onun filialları Ukrayna, Filippin və Afrikada fəaliyyət göstərir.

ABŞ Sülh İnstitutu, böhranların sülh yolu ilə həlli və qarşısının alınması ilə məşğul olan təşkilatdır.

Xəbər lenti

Xəbər lenti