...

Çin "Çançjen-7A" raketi ilə eksperimental rabitə peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 30 Mart 2025 08:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin "Çançjen-7A" (Long March 7A) daşıyıcı raketi vasitəsilə eksperimental rabitə peykini orbitə göndərib.

Trend xəbər verir ki, bu barədə Çin İnformasiya İnternet Mərkəzi məlumat yayıb.

İkipilləli raket Çinin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan bazar günü Pekin vaxtı ilə 00:05-də (Bakı vaxtı ilə şənbə günü 20:05-də) buraxılıb.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) verdiyi məlumata görə, peyk təhlükəsiz şəkildə təyin olunmuş orbitə çıxıb və çoxdiapazonlu yüksəksürətli peyk rabitə texnologiyalarının sınaqdan keçirilməsi məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti