Bakı. Trend:
Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 17-yə, yaralananların sayı 32-yə, itkin düşənlərin sayı isə 83-ə çatıb.
Trend xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
Açıqlanan rəqəmlərə görə, ən çox ölüm Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması nəticəsində baş verib. Hadisə zamanı 9 nəfər həyatını itirib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.