...

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sənişin daşınıb

Cəmiyyət Materials 30 Mart 2025 11:39 (UTC +04:00)
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sənişin daşınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, son dörd gün ərzində region avtovağzallarından paytaxta 2847 reyslə 25790 sərnişin daşınıb.

Bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti