...

Azərbaycan RSS-in poçt iclaslarında iştirak edəcək

Telekommunikasiya Materials 10 Mart 2007 12:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti rabitə sahəsində Regional birliyin növbəti iclaslarında iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.

Nümayəndə heyətinə nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədovun rəhbərlik edəcəyi nəzərdə tutulur, o, həmçinin RSS-in poçt rabitəsi komissiyasının sədr müavinidir. Nümayəndə heyətnin tərkibinə Azərpoçt DM-in nümayəndələri də daxil olacaq.

Səfər Kiyevdə aprelin 17-dən 19-na qədər davam edəcək. Görüşlər çərçivəsində RSS-in poçt administrasiyaları üçün "Poçt rabitəsinin keyfiyyət və effektliyi" seminarları keçiriləcək.

Aprelin 19-da RSS-in iclası keçiriləcək. İclasın gündəliyinə Nayboridə (Keniya) XXIV Ümumdünya Poçt Konqresinə (2008-ci ilin 13 avqust-3 sentyabr tarixində) hazırlıq, poçt sahəsinə investisiyaların cəlb olunması məsələləri daxil olunub.

"Azərbaycan poçt sahəsinə investisiyaların cəlb olunmasında təcrübəyə malikdir. Bizim çıxış etmək üçün kifayət qədər təcrübəmiz var", - nazirlikdə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti